İspaniya millisinin müdafiəçisi Pedro Porro tezliklə "Tottenhem Hotspur"la müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İspaniyalı futbolçu London klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan və daha bir mövsüm uzadılma variantı olan yeni sözləşməyə imza atacaq. Yeni müqavilə sayəsində Porro "Tottenhem"in ən çox maaş alan oyunçularından birinə çevriləcək.
Qeyd edək ki, müdafiəçi geridə qalan 2025/26 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 47 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Xatırladaq ki, ötən mövsüm London komandası Premyer Liqanın turnir cədvəlini 17-ci pillədə başa vurub.












