"Roma" klubu "Milan"ın və ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiçi transfer etmək variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Paytaxt təmsilçisi "Milan"la müqaviləsi 2027-ci ilin yayına qədər olan və daha bir mövsüm uzadılma variantı funksiyası daşıyan 27 yaşlı amerikalı vingerin durumunu sorğu edib.
Qeyd edək ki, futbolçunun nümayəndələri artıq "Vulverhempton"un baş məşqçisi Can Pyero Qasperini ilə əlaqə saxlayıblar. İngiltərə Premyer Liqası və MLS klubları da ulduz oyunçuya yaxından maraq göstərirlər. Pulişiç özü isə bir neçə aydır ki, "Milan"dan gələcək yeni müqavilə təklifini gözləyir.
Pulişiç bu mövsüm çıxış etdiyi 32 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir. Futbolçu bir gün öncə ABŞ yığmasının dünya çempionatında Paraqvayı məğlub etdiyi oyunda da məhsuldar ötürmə müəllifi olub.













