"Barselona" klubu "Yuventus"un hücumçusu Duşan Vlahoviçin transfer şərtləri barədə məlumat əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb.

Lakin Kataloniya təmsilçisinin hücum xətti üçün əsas prioriteti hələ də "Atletiko"nun forvardı Xulian Alvaresdir.

Qeyd edək ki, serbiyalı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir. Vlahoviç mövsümə təxminən 8 milyon avro maaş tələb edir və bu məbləğin bir hissəsi bonus şəklində ödənilə bilər. Hücumçu eyni şərtləri onu komandada saxlamaq istəyən "Yuventus"un qarşısında da qoysa da, Turin klubu hazırda maksimum 5 milyon avro təklif edir. Oyunçunun İtaliya nəhəngi ilə hazırkı sözləşməsi iyunun 30-da başa çatır.

PSJ-nin maraq dairəsində olan Ferran Torres komandadan ayrılacağı təqdirdə, "Barselona" rəhbərliyi Vlahoviçin transferi prosesini sürətləndirə bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest