Madridin "Real" klubu sol cinah müdafiəsi mövqeyini gücləndirmək üçün hərəkətə keçib.

Matc.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" yaxın həftələrdə "Çelsi"dən ayrıla biləcək Mark Kukurellanı transfer etməkdə qərarlıdır.

Madrid təmsilçisi ispaniyalı müdafiəçini gəlirli bir bazar fürsəti kimi görür. London klubu da 27 yaşlı futbolçunu buraxmağa hazırdır və gələn təklifləri dəyərləndirəcək.

Kukurella üçün "Atletiko" da bir neçə həftədir danışıqlar aparır, lakin "Çelsi"nin tələb etdiyi ən azı 60 milyon avroluq məbləği ödəmək istəmir. Digər tərəfdən, "Barselona" da keçmiş futbolçusuna yüksək qiymət versə də, hazırda Joao Kanselonun geri qayıtmasına üstünlük verir.

"Real" rəqiblərini qabaqlayaraq bu transferi mümkün qədər tez başa çatdırmaq niyyətindədir. İspaniya millisinin təcrübəli üzvünün keçidində son sözü isə hələlik qiymətdə israrlı olan "Çelsi" deyəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest