"Mançester Yunayted" klubu "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeşi transfer etmək üçün rəsmi təklif hazırlayır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" telekanalı yayıb.

21 yaşlı futbolçu yay "transfer pəncərəsi"ndə "qırmızı şeytanlar"ın əsas hədəflərindən biri hesab olunur.

Qeyd edək ki, "Vest Hem" gənc oyunçunun satışı üçün təxminən 80 milyon funt-sterlinq tələb edir. Mançester təmsilçisi isə bu məbləği həddindən artıq yüksək hesab etdiyindən London klubundan endirim tələb edir.

Xatırladaq ki, Mateuş Fernandeş 2025-ci ildən bəri "Vest Hem"in uğurları üçün tər tökür.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest