Fransa millisinin baş məşqçisi Didye Deşam turnirdən əvvəl Kilian Mbappenin komandadakı rolundan danışıb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis "Real"ın 28 yaşlı hücumçusunun Fransa millisinin əsas lideri olduğunu bir daha vurğulayıb.
Deşam açıqlamasında ulduz futbolçunun həm meydanda, həm də meydandan kənarda nümayiş etdirdiyi keyfiyyətlərdən razı qaldığını bildirib: "O, böyüyüb və böyük təcrübə qazanıb. Dohada keçirilən dünya çempionatından sonra Hüqo Lyorisi uğurla əvəz edib. Mbappe əsl liderdir. Onun 28 yaşı var, artıq gənc oyunçu deyil, eyni zamanda veteran da hesab olunmur. Onun komandaya verdiyi töhfələrdən tamamilə məmnunam".
Qeyd edək ki, Mbappeyə kapitanlıq sarğısı DÇ-2022-dən sonra – Hüqo Lyoris millidəki karyerasını bitirdikdən sonra verilib.
2017-ci ildən bəri Fransa yığmasının şərəfini qoruyan Mbappe komanda ilə birlikdə 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə mundialın finalında oynayıb.













