"İnter"in hücumçusu Mauro İkardi komandaya qayıdıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bugünkü məşqdə iştirak edib.

Bu günlərdə argentinalının əlindən kapitanlıq alınaraq qapıçı Samir Handanoviçə verilmişdi. O isə Avropa Liqasının 1/16 final mərhələsində "Rapid"lə oyundan imtina etdiyi üçün əsas komandadan uzaqlaşdırılmışdı. Lakin İkardi artıq bazaya gəlib və bugünkü matçın iştirak ərizəsinə salınmayan komanda yoldaşları ilə birlikdə məşq edib.

"Neradzurra" qol silahına pul cəriməsi kəsmək fikrində deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest