Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 2 yoxlama matçı keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın "Holştayn Kil" komandası ilə üz-üzə gəlib.

"St. Ulrix" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Ağdam klubu ilk hissəni Ramil Şeydayevin dublu sayəsində 2:0 öndə qapayıb. Amma fasilədən sonra almanlar buraxılan qolların əvəzini çıxıblar. Beləcə, bu matç heç-heçə bitib.

Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın "Universitatya" (Krayova) komandası olub. "Yenbax" stadionunda oynanılan görüşə Bakı vaxtı ilə saat 20:30-da start verilib. Bu oyunda da heç-heçə qeydə alınıb. Yenə hesabı açan tərəf "Qarabağ" olub. Amma rəqib elə ilk yarıda buraxılan qolun əvəzini çıxıb və yekunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasına 4:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunları
29 iyun

Qarabağ – Holştayn Kil 2:2
Qol: R.Şeydayev, 28; 45-pen – P.Sander, 56. K.Rayedt, 76-pen.
"St. Ulrix" stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Qarabağ – Universitatya (Krayova) 1:1
Qol: F.Ozobiç, 16 – A.İvan, 36.
"Yenbax" stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest