Azərbaycanın ən populyar futbol klubu olan "Qarabağ" futbol klubunun səhmləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, söhbət "Qarabağ Futbol Klubu" MMC-nin təsisçi payından gedir.
 
Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan "Qarabağ Futbol Klubu" MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.
 
Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.
 
Təkliflə maraqlanan şəxslər office@turanlegal.az elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest