Dç-2030-a ev sahibliyi etmək üçün Cənubi Amerikanın 4 ölkəsi birgə namizədlik verəcək. Matc.az xəbər verir ki, çili, Argentina, Paraqvay və Uruqvay mundialı birlikdə təşkil etməyə qərar veriblər.

Bu ölkələrin prezidentləri arasında məsələ ilə bağlı razılıq əldə olunub. Ardınca milli assosiasiyalar Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) ilə məsləhətləşmələr də aparıb.

1930-cu ildə keçirilən ilk mundialın ev sahibi və çempionu Uruqvayın Argentina ilə birgə müraciəti xeyli öncədən gözlənilən idi. Onlar ilk çempionatın 100 illiyinə həsr olunan yarışı qəbul etmək istəyirdi.

Lakin final mərhələsindəki iştirakçı sayının 48-ə çatdırılması barədə qərardan az sonra Paraqvay, indi isə çili də onlara qoşulub.

Qeyd edək ki, 48 komandalı ilk çempionat 2026-cı ildə ABŞ-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest