Azərbaycanlı FİFA hakimləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar. Matc.az xəbər verir ki, 4 ədalət təmsilçimiz bu mərhələnin iştirakçısı olacaq.

Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək  Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək 7-ci qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, 2-ci qrupda Niderland, çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç və Bosniya və Herseqovina komandaları mübarizə aparacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest