"çelsi" ötən ay icarəyə götürdüyü Qonsalo İquainlə bağlı yekun qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" argentinalı forvardın çıxışından məmnun qalıb.

Bu səbəbdən London klubu İquaini müqavilə ilə məxsus olduğu "Yuventus"dan transfer etmək qərarına gəlib. Tərəflər arasında anlaşmaya əsasən, "çelsi" 36 milyon avro ödəməklə, onu birdəfəlik ala bilər. Premyer Liqa klubu da bu məbləği ödəməyə razılıq verib.

Qeyd edək ki, "çelsi" İquaini 6 aylıq icarəyə götürmək üçün 9 milyon avro ödəyib. 31 yaşlı forvard Premyer Liqada keçirdiyi 3 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest