İspaniyanın "Barselona" klubu baş məşqçisi Ernesto Valverde ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin mütəxəssislə anlaşması 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

1+1 il müddətinə bağlanan müqavilə daha bir mövsüm artırıla da bilər. 2017-ci ilin yayında "Barselona"nın "sükanı arxası"na keçən Valverde 2 illik anlaşma imzalamışdı.

Maraqlıdı ki, klub prezidenti Jozep Bartomeu payızda verdiyi açıqlamada əvvəlki müqavilənin də 2020-ci ilin yayına qədər olduğunu bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest