Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Matc.az xəbər verir ki, U-12 komandalarının mübarizə aparacağı yarışda 8 iştirakçı qüvvəsini sınayacaq.

Fevralın 16-dan 23-dək "Amasiya" İdman Kompleksində keçiriləcək turnir olimpiya sistemi ilə baş tutacaq. Yarışın ilk günündə baş tutacaq 1/4 final mərhələsində "Neftçi" - "Əlincə", "Sabah" – "Amasiya ROFM", "Qarabağ" - "Səbail" və "Xəzri" İK - "Sərhədçi" oyunları keçiriləcək.

Yarımfinal oyunları ayın 17-də baş tutacaq. İlk iki cütün qalibi bir-biriilə, digər oyunların qalibləri də öz aralarında üz-üzə gələcək. Turnirin qalibi Banişevskinin anadan olduğu tarixdə - fevralın 23-də keçiriləcək finalda müəyyənləşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest