2023-cü ilin iyun-iyul aylarında Fil Dişi Sahilində keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, qitə birinciliyi əlverişsiz hava şəraitinə görə 2024-cü ilin yanvar və fevral aylarına təyin edilib.
 
Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe məsələ ilə bağlı açıqlamasında bunları söyləyib: "Biz daşqınlar zamanı oyun keçirərək riskə getmək istəmirik. Bu, hörmət məsələsidir, çoxlu fikirlər söyləmişik və bəziləri bizə deyirlər ki, iqlim dəyişikliyi var, bəlkə yağış problem olmayacaq. Amma sonda konsensusa gəldik ki, risk edə bilmərik. Buna görə də Afrika Millətlər Kuboku 2024-cü ilin yanvar və fevral aylarında keçiriləcək. Yanvar əslində bizim üçün ideal bir zaman deyil. Amma Avropa komandalarının oyun təqvimi səbəbindən başqa bir seçim imkanımız yoxdur".
 
İyun ayında Fil Dişi Sahilinin ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayı hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest