"Qarabağ"ın hücumçusu Rüstəm Əhmədzadə "Zirə"yə keçib. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu qarşıdakı mövsümü icarə əsasında "Zirə"də keçirəcək.
 
Əhmədzadə artıq "Zirə"nin düşərgəsinə üz tutub.
 
Azərbaycan millisinin üzvü olan Əhmədzadə ötən ilin dekabrında "Minay"dan (Ukrayna) "Qarabağ"a transfer olunub. Lakin o, Ağdam klubunda əsas heyət üzvünə çevrilə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest