PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
 
Xatırladaq ki, argentinalı mütəxəssis 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı.
 
Onun rəhbərliyi altında komanda Fransa kubokunu və super kubokunu qazanıb, eyni zamanda tarixində 10-cu dəfə ölkə çempionu olub.
 
PSJ-nin yeni baş məşqçisinin Kristof Qaltye olacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest