Qazaxıstanın "Tobol" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi komanda "Olimpik"lə (Donetsk) qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda böyük hesablı məğlubiyyətlə üzləşib – 0:4.

Balayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest