Almaniyanın 2-ci Bundesliqasında XXII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" bu gün səfər matçında qüvvəsini sınayıb.

Təmsilçimizin komandası "Sankt-Pauli" ilə üz-üzə gəlib. Nazarovun ehtiyatda qaldığı matçda onun komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.

Qeyd edək ki, 21 oyunda 25 xal toplayan "Aue" 12-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest