Almaniya çempionatının 3-cü liqasında XXIV turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" öz meydanında "Osnabryuk"la görüşüb.

Oyun 0:0 hesabı ilə başa çatıb. Hücumçumuz oyuna ehtiyat futbolçular skamyasında başlayıb. Rüfət yalnız 82-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 24 oyundan sonra hesabında 34 xal olan "Proyssen" 7-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest