Fransa yığmasının futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubunda 130-cu qolunu vurub. Matc.az xəbər verir ki, Primeranın XXIV turunun "Rayo Valyekano" ilə görüşündəki yeganə topun müəllifi klub tarixinin ən yaxşı bombardirləri siyahısında irəliləyib.

Qrizmann 130 qolla bu cədvəldə 5-ci yerin vahid sahibi olub. O, 129 qol vuran Fernando Torresi arxada qoyub.

Fransalı hücumçu 4-cü pillədəki Xose Qaratedən cəmi dörd qol geridədi. "Atletiko" tarixinin rekordçusu isə 172 dəfə fərqlənən Luis Araqonesdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest