"Verder"in perulu futbolçusu Klaudio Pizarro Bundesliqa tarixində yeni rekord vurub. Matc.az xəbər verir ki, veteran hücumçu yarışın tarixində ən qoca qol müəllifi kimi rekordunu yeniləyib.

"Herta" ilə XXII turun səfər matçında fərqlənən cənubi amerikalı 40 yaş 136 günlüyündə qol sevinci yaşayıb. O, X turun "Mayns"la ötən il noyabrın 4-dəki oyunda müəyyənləşdirdiyi rekordu arxada qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest