Topaz Premyer Liqasının XVII turunun "Neftçi" ilə qarşılaşmasında (0:0) Robin Nqalande "Zirə"nin heyətində debüt edib. Matc.az saytının məlumatına görə, 27 yaşlı hücumçu ilk dəfə rəsmi matçda "qartallar"ın formasını geyinib.

Zirə İdman Kompleksinin stadionundakı oyuna qədər komandanın heyətində 68 futbolçu Premyer Liqa görüşünə çıxmışdı. Malavili futbolçu bu siyahıda 69-cu olub.

Robin "Zirə"nin Premyer Liqa tarixində 34-cü legioneridir. Digər 35 oyunçu Azərbaycan təmsilçiləridir. Nqalande legionerlər siyahısında ilk Malavi təmsilçisi olub. Bunadək "Zirə"nin formasını 24 ölkədən gələn legionerlər geyinmişdisə, Malavi siyahıda 25-ci olub.

Serbiya, Fransa, Nigeriya hərəsindən 3, Braziliya, Paraqvay və Rumıniyanın hərəsindən 2 futbolçunun oynadığı "Zirə"də Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukraynadan bir legioner çıxış edib.

Mənbə: Klubun rəsmi feysbuk səhifəsi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest