İspaniya Sequndasında XXVI turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Real Ovyedo" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:1.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, 24 oyundan sonra aktivində 38 xal olan "Alkorkon" 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest