Qış "transfer pəncərəsi" zamanı "Cenoa"dan "Milan"a keçən Kşiştof Pyontek yeni klubunda fantastik start götürüb. Matc.az saytının məlumatına görə, Polşa millisinin forvardı "rassioneri"lərlə meydana çıxdığı 5 oyunda 6 qola imza atıb.

ötən gün A seriyasının XXIV turunda "Atalanta" ilə matçda (3:1) dubl edən Pyontek bu uğurundan özü də təəccüblənib. Qarşılaşmadan sonra "Football İtalia"ya danışan 23 yaşlı hücumçu belə startın onun üçün də gözlənilməz olduğunu deyib: "Həmişə özümə inanmışam və çox qol vurmaq potensialımın olduğunu bilirəm. Amma etiraf edim ki, yeni komandamda ilk 5 oyunda 6 qol vurmaq mən gözlədiyimdən də çoxdu. Hücumçuyamsa, əsas işim qol vurmaqdı. ümid edirəm ki, gələcəkdə də bu tempdə davam edə biləcəm".

Qeyd edək ki, 2018-ci ildə A seriyasında "Cenoa"nın heyətində debüt edən Pyontek bu komanda ilə meydana çıxdığı 19 oyunda 13 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest