17 Fevral 2019, 19:07
FUTBOL
Serxio Ramos növbəti dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Matc.az saytnın məlumatına görə, İspaniya La Liqasının XXIV turunda "Xirona" ilə qarşılaşmanın (1:2) 90-cı dəqiqəsində ikinci "sarı"nı görərək matçı erkən tərk edən müdafiəçi bununla da anti-rekorda imza atıb.
Belə ki, sözügedən oyunda aldığı "qırmızı" Ramosun "Real" karyerasındakı 25-ci belə uğursuzluq olub. O, bunların 20-ni La Liqa matçlarında görüb.
üç dəfə çempionlar Liqası, iki dəfə isə İspaniya kubokunda komandasını azlıqda qoyan kapitan bir klubun heyətində ən çox "qırmızı" görən oyunçu kimi rekord müəyyənləşdirib.