Topaz Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyunundakı 0:0 hesablı heç-heçə "Zirə" üçün yubileylərlə əlamətdar olub. Matc.az saytının məlumatına görə, "qartallar" tarixində 40-cı bərabərliyə imza atıb.

özünün 155-ci oyununa çıxan komanda 33 dəfə Premyer Liqa, 6 dəfə Birinci divizion, 1 dəfə UEFA Avropa Liqasında meydanı heç-heçə ilə tərk edib.

Bu bərabərliklərdən 15-də qol vurulmayıb. "Neftçi" ilə görüş "Zirə"nin 15-ci qolsuz matçı olub.

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada evdəki 15-ci heç-heçədir.

"Qartallar" 55-ci ev matçında 15-ci "sülh"lə kifayətlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest