"İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi. çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar". Matc.az saytının məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd deyib.

Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirən çalışdırıcı oyunu belə şərh edib: "Təəssüf ki, qarşılaşmanın sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim.

Bu təlim-məşq toplanışı komanda üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq". 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest