Antalyada təlim-məşq toplanışında olan Ukraynanın "Aleksandriya" klubu növbəti yoldaşlıq matçını keçirib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavlo Paşayevin çıxış etdiyi komanda Belarus "Şaxtyor"u ilə qarşılaşıb.

Soliqorsk təmsilçisi ilə görüş ukraynalıların 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Paşayev 68-ci dəqiqədə meydana daxil olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest