"Böyük beşlik" ölkələrindən üçündə işləmiş və uğurlar qazanmış Joze Mourinyo özünü yeni macərada sınamaq qərarına gəlib. Matc.az saytının məlumatına görə, portuqaliya mütəxəssis İngiltərə, İspaniya və İtaliyadan sonra bu dəfə Fransada işləmək ehtimalından danışıb.

Fransa Liqa 1-də baş tutan "Lill" – "Monpelye" oyununu izləyən Mou matçdan sora BeİN Sport kanalına açıqlama verib: "Düşünürəm ki, Fransada işləyə bilərəm. Artıq 4 ölkədə çalışmışam, müxtəlif mədəniyyətlərlə tanış olmağı və yeni şeylər öyrənməyi sevirəm. Yeni çempionatda işləmək mənim üçün əla təcrübə ola bilər. Hələliksə, çox rahatam, ailəmlə və dostlarımın ətrafında sakit yaşayıram".

Qeyd edək ki, Joze Mourinyo vətənində "Porto"da işlədikdən sonra İngiltərədə "çelsi" və "Mançester Yunayted", İspaniyada "Real", İtaliyada isə "İnter"ə rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest