Avstriyanın "Rapid" klubu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi cavab oyunu üçün biletlərin qiymətini açıqlayıb. Matc.az Vyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroyadır.
 
B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.
 
Avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşma isə avqustun 4-də "Bakcell Arena"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest