14 Oktyabr 2018, 17:17
FUTBOL
İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messiyə təklif etdiyi yeni müqavilənin daha bir bəndi məlum olub. Matç.az saytı xəbər verir ki, bu şərt cənubi amerikalının 2020-ci ildə pulsuz digər komandaya keçidi ilə bağlıdı.
Belə ki, Messi 2 ildən başqa kluba keçmək istəsə, yeni komandası "Barselona"ya heç bir pul ödəməyəcək. Lakin müqavilədə bu klubun Avropa top-komandası olmaması şərti də yer alıb. Bu da ona xidmət edir ki, Messi "Barselona"dan getsə, əsas rəqiblərdən birini gücləndirməsin.
Qeyd edək ki, futbolçunun 2021-ci ilədək etibarlı olan indiki müqaviləsinə əsasən onun transfer qiyməti 700 milyon avrodu.