14 Oktyabr 2018, 18:01
FUTBOL
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliya çempionatında növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, milliləşən legionerimiz 2-ci liqada 7-ci turun iştirakçısı olub.
Onun şərəfini qoruduğu "Eştoril" turun açılış matçında "Varzim"i qəbul edib. Meydan sahibləri məğlubiyyətdən oyun sonlarında qaça bilib – 2:2.
Renat bu görüşün 42-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 7 oyundan sonra hesabında 13 xal olan "Eştoril" 3-cü pillədə qərarlaşıb.