18 Fevral 2019, 16:29
FUTBOL
PSJ-nin hücumçusu Neymar çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə cavab oyununu da buraxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu braziliyalının atası Neymar da Silva deyib.
O bildirib ki, superulduz hələ də zədədən əziyyət çəkir və yaxın müddətdə yaşıl meydanlara dönüşü gözlənilmir: "Neymar "Mançester Yunayted"lə cavab oyununda iştirak etməyəcək. Onun sağalma prosesi 10 həftə nəzərdə tutulub. İngilislərlə ikinci görüşdə iştirakı real deyil".
Qeyd edək ki, PSJ - "Mançester Yunayted" oyunu martın 6-da keçiriləcək. Mançesterdəki ilk matçda qonaqlar 2:0 hesablı qələbə qazanıb.