Məsələni araşdıran UEFA "Fənərbaxça"nı 50 min avro məbləğində cərimə edib. Eyni zamanda komanda avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirəcək.

UEFA Türkiyənin “Fənərbaxça" klubunu cəzalandırıb. Matc.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə ev oyunundakı davranışı səbəb olub.
 
Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Məsələni araşdıran UEFA "Fənərbaxça"nı 50 min avro məbləğində cərimə edib. Eyni zamanda komanda avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirəcək.
 
Xatırladaq ki, "Fənərbaxça" - "Dinamo" görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest