Topaz  Premyer Liqasının XVII turunun "Səbail" – "Sabah" görüşündə meydan sahiblərinin səhlənkarlığı səbəbindən gecikmə olub. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşün 1-ci hissəsi 3, 2-ci hissəsi isə 9 dəqiqə gec başlayıb.

Bununla bağlı Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Bunu nəzərə alaraq İntizam Komitəsi matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə "Səbail"ə 2400 manat cərimə kəsib.

Qeyd edək ki, oyun "Səbail"in 1:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest