Vanda Nara "İnter"ə ultimatum göndərib. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, "İnter"in hücumçusu Mauro İkardinin həyat yoldaşı və eyni zamanda meneceri olan xanım bildirib ki, əgər Mauronun kapitanlıq sarğısı geri qaytarılmasa, o, bu komanda ilə oyuna çıxmayacaq.

Xanım menecerin növbəti tələbi ilə qarşı tərəfin üzr istəməsidir. Vanda Nara düşünür ki, həyat yoldaşı klubun bu qərarından pərişan olub və psixi sarsıntı keçirib.

Qeyd edək ki, argentinalı ilə klub arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmadığı üçün İkardi heyətdən kənarlaşdırılmış və kapitanlıq sarğısı əlindən alınmışdı. Amma forvard sonradan komandanın məşqlərinə qatılsa da, oyunlara çıxmaq fikrində deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest