Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu Antalya toplanışı çərçivəsində daha iki yoxlama görüşü keçirib. Matc.az saytının məlumatına görə, Samara təmsilçisi ilk oyunda Danimarkanın "Koldrink" klubu ilə üz-üzə gəlib.

Ramil Şeydayevin meydana çıxmadığı görüş rusların qələbəsi ilə yekunlaşıb – 2:1.

Ardınca isə "Krılya Sovetov" Latviya təmsilçisi "Liepaya" ilə qarşılaşıb. Bu oyunda isə qalib müəyyənləşməyib – 1:1. Matça start heyətində başlayan milli üzvü 77 dəqiqə meydanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest