Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Erik Yirka UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, bu oyunda komandasının yeganə qolunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi 1:2 hesabıyla uduzduqları üçün məyus olduqlarını söyləyib:
 
"Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. çünki qalib gələ bilmədik. Ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi".
 
Penaltidən fərqlənən futbolçu zərbəni vurmağı ona həvalə edən komanda yoldaşlarına minnətdarlığını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest