Qazaxıstan millisi Azərbaycanla oyuna itki ilə çıxacaq. Matc.az xəbər verir ki, C liqasının 3-cü qrupundakı rəqibimiz Asxat Tagibergenin xidmətindən məhrum olub.
 
Qrupda 1-ci yeri təmin edən Qazaxıstan yığması iki gündən sonra 32 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.
 
"Tobol"un futbolçusu cəza səbəbindən Bakıda oynamayacaq. Komandasının kapitanı 5-ci turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.
 
Qazaxıstan 2:1 hesablı qələbə ilə qrup qalibi adını təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest