Bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.

"Qələbə qazandığımız üçün çox şadam".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.
 
Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:
 
"Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik".
 
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest