Braziliyalı yarımmüdafiəçi Villian karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb. Matc.az xəbər verir ki, o, 40 yaşına qədər oynayacağını deyib:
 
"Nə vaxta qədər oynayacam? Bilmirəm, hardasa 40 yaşıma qədər. Baxmayaraq ki, 40 yaşında Premyer Liqada oynamaq çətindir. Ancaq Tyaqo Silvaya baxın, 38 yaşında əla oynayır. O məni ruhlandırır".
 
34 yaşlı Villian bu yay "Fulhem"ə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin ortalarına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest