Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, U-16 millimiz "Sabah"ın U-17 komandası ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı oyun 2:2 hesabı ilə nəticələnib. Millimizin qollarını 55-ci dəqiqədə ömər Kərimov və 74-cü dəqiqədə penaltidən Anar Hüseynov vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest