19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, 2-ci qrupda yer alan yığma komanda Türkiyə millisi ilə qarşılaşacaq.

Bolqarıstanın Albena şəhərində keçiriləcək oyun saat 14:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bolqarıstana minimal hesabla uduzub – 0:1.

Aç-nin seçmə mərhələsi
2-ci qrup
24 sentyabr

14:00. Türkiyə – Azərbaycan
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan).
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest