Futbol üzrə Qazaxıstan yığmasının hücumçusu Abılayxan Jumabek UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Yaxşı hazırlaşmışıq. Baş məşqçi dedi ki, hələ heç nə bitməyib. Qarşıda daha bir vacib oyunumuz var. Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik".
 
Sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest