18 Oktyabr 2022, 10:30
DİGƏR
"Azərlotereya" ASC "Qazandıranlar danışır" adlı layihəyə start verir. Bu layihədə böyük uduşlar qazandıran lotereya satıcılarının qaliblərlə bağlı maraqlı xatirələri yer alacaq.
"Qazandıranlar danışır"da ilk qəhrəman uzun illərdir Xaçmaz rayonunda lotereya satışı ilə məşğul olan Cəfər Xıdırovdur. Onun satdığı biletlərdə 25 000, 10 000 manat və çox sayda irili-xırdalı uduşlar qazanılıb.
Cəfər bəy şans oyunlarına marağına, eləcə də insanların sevincinə səbəb olmaqdan duyduğu məmnunluq hissinə görə bu sahəni seçdiyini deyir: "Uduşlar çıxdıqda biz də qazananlar qədər, hətta onlardan da çox sevinirik. Müştərilərim arasında bu oyunları əyləncə üçün oynayanlar çoxdur. Bir müştərim 10 000 manat qazanmışdı, biletə baxmadan gözlərindəki sevincdən bilmişdim ki, artıq udub. 25 min manat udan müştərim hazırda ev tikdirir, 10 min manat qazanan isə mal-qara alıb, heyvandarlıqla məşğul olur".