"Arsenal"la görüşdə xəsarət alan braziliyalı müdafiəçi Arturun bərpa prosesinin 3 həftə çəkəcəyi açıqlanıb. Bunun artıq bir həftəsi geridə qalıb və Arturun Bakıya gəlib-gəlməyəcəyi sual altındadı.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək "Vorskla" Bakıya ciddi itkilərlə gələcək. Matç.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, Potava təmsilçisinin bir neçə oyunçusu zədədən əziyyət çəkir.

Bu yaxınlarda əməliyyat olan gürcüstanlı yarımmüdafiəçi Aleksandr Kobaxidze üçün il başa çatıb. Həmçinin hücumçu Denis Vasinin də durumu ürəkaçan deyil. Dizindəki əməliyyatdan sonra Serbiyada bərpa dövrü keçən forvard da 2019-cu ilə qədər komandasına kömək edə bilməyəcək.

"Arsenal"la görüşdə xəsarət alan braziliyalı müdafiəçi Arturun bərpa prosesinin 3 həftə çəkəcəyi açıqlanıb. Bunun artıq bir həftəsi geridə qalıb və Arturun Bakıya gəlib-gəlməyəcəyi sual altındadı. "Sportinq"lə qarşılaşmada zədələnən yarımmüdafiəçi Dmitri Kravçenkonun da bir neçə həftəlik sıradan çıxdığı açıqlanıb. Ermənistanlı hücumçu Geqam Kadimyan çiynindəki zədədən əziyyət çəkir. Onun da durumu qeyri-müəyyəndi.

Zədəlilərdən yalnız yarımmüdafiəçi Vyaçeslav Şarpar artıq sağalıb və sabahdan məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" – "Vorskla" oyunu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest