Futbol üzrə Almaniya millisinin hücumçusu Timo Verner bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Matc.az xəbər verir ki, "Leypsiq"in formasını geyinən 26 yaşlı futbolçu UEFA çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində qarşılaşdıqları Donetsk "Şaxtyor"u (Ukrayna) ilə oyunda zədələnib.
 
Bundesliqa klubunun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq biləyindən ağır zədə alan forvardın durumu ciddidir. Bu üzdən də o, ili vaxtından əvvəl başa vurub.
 
Xatırladaq ki, Timo Verner "Leypsiq"in 4:0 hesablı qələbəsi ilə başa çatan səfər matçının 19-cu dəqiqəsində meydanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest