Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Boxolt"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 8:2.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunu da 6-cı dəqiqədə məhz Dadaşov vurub. Bu, onun cari mövsümdəki 5-ci qoludur.
 
"Şalke"nin ikinci komandası 15 turdan sonra 24 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest