Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Tite mundial üçün Qətərə gətirdiyi 26 futbolçunun hər birinə şans verib.
 
Bu komandanın qrup mərhələsində oynamayan futbolçuları da Cənubi Koreyaya qarşı keçirdikləri 1/8 final matçında iştirak edib. Bununla da "sambaçılar"ın 26 üzvü Dç-2022-də meydana çıxıb. Bu, hələlik mundiallar tarixində ilk belə hadisədir.
 
Xatırladaq ki, Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gələn "pentakampeonlar" 1/4 finalda Xorvatiyaya rəqib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest